

Qwasar Silicon Valley haqqında
21-ci əsrin proqram mühəndisliyi məktəbi hesab olunan, "Peerstack Academy"nin tərəfdaşlarından biri Qwasar Silicon Valley, 2019-cu ildə təşkil olunmuşdur. Silikon Vadisi əsaslı proqram mühəndisliyini öyrədən şirkət, həm də rəqabətli STEAM kateqoriyasında seçilən 12 nüfuzlu startaplardan biridir! Qwasar-ın nailiyyətlərindən bəzilərinə bunları misal göstərə bilərik:
- • Qlobal sferada öz sözünün demiş 3 İT və proqram mühəndisliyi məktəblərindən biridir;
- • Son 20 ildə Qwasar Silicon Valley-nin qurucuları tərəfindən 25,000-dən çox tələbəyə təhsil verilib;
- • Nüfuzlu WISE mükafatı da daxil olmaqla dünyaca məşhur 3 mükafatın qalibi olublar;
- • Kodlaşdırmağı öyrənmək və AP CSP imtahanından keçmək məqsədilə orta məktəb proqramı hazırlayıblar;
- • İnkubasiya proqramını başladıblar;
- • 75%-dən çox tələbəni 1-ci səviyyə texnologiya şirkətlərində yerləşdirən intensiv 1 illik təlim proqramı hazırlayıblar.
2022-ci ilin iyun ayına olan məlumatlara görə, Qwasar Silicon Valley tələbələrinin 95%-i iş tapır və iştirakçıların çoxu proqramı bitirmədən əvvəl işə qəbul olunur. İşə yerləşdirmə nisbəti məzuniyyətdən sonra 6-12 ay deyil, 6 həftə ərzində hesablanır.

